“Azərbaycan teatrı dünya teatrlarından o qədər də geri qalmır”

 

Tərlan Rəsulov: “Teatr aktyora, sənətkara ilk növbədə yaradıcı inkişaf üçün imkan açır. Çünki aktyor kinoda, televiziyada mənən tükənir və tükəndiyi enerjini teatrdan alır”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulovdur:

-“Yuğ” teatrı 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində teatr studiyası kimi fəaliyyətə başladı. 1992-ci ildə teatr dövlət statusu aldı. Bu zaman kəsimində fəaliyyət göstərdiyimizə baxmayaraq, hələ də “Yuğ” teatrı harda yerləşir, “Yuğ” nədir kimi suallar verən insanlara rast gəlmək olar. Bu insanlar təkcə adi vətəndaşlar deyil, onların arasında ziyalı təbəqəsini təmsil edən insanlar da var. Mən buna artıq öyrəşmişəm. Bunu teatrımız üçün qəbahət hesab etmirəm.

Ümumilikdə götürsək, günü-gündən inkişaf edən kino sənəti, digər əyləncə sahələri ilə rəqabətdə teatr uduzur. Bu baxımdan yanaşsaq, teatrların vəziyyəti pis sayıla bilər. Amma məncə, məsələyə başqa aspektdən yanaşmaq lazımdır. Onda sual yaranır, teatr niyə yaşamalıdır? Bəli, doğrudan da, teatr niyə yaşamalı və nə verməlidir? Teatr qədim Yunanıstanda siyasiləşdirilmiş, intibah dövrü Avropasında isə daha çox əyləncə vasitəsi kimi yayılmağa başlayıb. Amma bir çox dünya mütəxəssislərinin fikrincə, teatrın kökü qədim şaman mərasimlərinə gedib çıxır. Bu nöqteyi-nəzərdən teatra əyləncə vasitəsi kimi yanaşmaq olmaz. Bu mərasimlərdə əsas məqsəd insan ruhunun təmizlənməsi, yenidən bərpa edilməsi, insanların adi məişət çətinliklərindən yaranan psixi-nevrotik xəstəliklərdən qurtulmasına xidmət etmək idi. “Yuğ” teatrı konkret olaraq bu vəzifəni qarşısına məqsəd qoyub. Bizim bütün tamaşalarımızın alt qatında bu məsələlər öz əksini tapır. Teatr studiya kimi fəaliyyət göstərdiyi illərdə “yuğlama” mərasiminin bərpa edilməsi, həmin mərasimin müasir texnika, düşüncə ilə birləşdirilərək sintetik formada təqdim edilməsi təcrübədən keçirilib. İndi biz yeni mərhələdəyik və hər dəfə yeni üsula əl atırıq. Düşüncəsi həssas, açıq tamaşaçı tamaşaya baxır, sonra da səmimi etiraf edir ki, “tamaşadan heçbaşa düşmədim, amma ruhum təzələndi. Sanki yenidən doğuldum”. Bu, bizim üçün ideal nəticədir. Bizə vacib olan tamaşaçının ruhən qidalanmasıdır. Tamaşanı ruhən qəbul etmək üçün savad lazım deyil, sadəcə ruh açıq olmalıdır. İnsan pozitiv qavrayışa köklənməlidir. Əks halda ruhən qəbul etmədiyinə görə tamaşaçı ondan zövq almayacaqbirteatra gəlməyəcək. Böyük xoşbəxtlikdir ki, belə tamaşaçılar çox nadir hallarda olur.

Teatr sferasında “Yuğun özünü təsdiqləməsi və ziyalıların bu teatrı tanımasına müsbət cavab verərdim. Azərbaycanda bütün teatrlar kimiYuğda öz konsepsiyasını yaradıb, öz yerini, adını təsdiqləyib və özünün tamaşaçı qrupunu təyin edib.

-Mərhum baş rejissor Vaqif İbrahimoğludan sonraYuğ” teatrı öz populyarlığını, yoxsa nələrisə itirdimi?

- Nələr itirdi ... Təkcə “Yuğdeyil, bütövlükdə Azərbaycan teatrı Vaqif müəllimin bu dünyadan köçməsi ilə çox şey itirdi. Deyirlər, əvəzedilməz insan yoxdur, amma elə insanlar var, onlar, doğrudan da, əvəzedilməzdir. Vaqif müəllim də belə nadir insanlardan idi. “Yuğ” teatrı içi mən qarışıq gözəl məsləhətçisini itirdi, mən şəxsən müəllimimi, dostumu, qardaşımı qeyb elədim. Vaqif müəllim sadəcə cismən aramızda yoxdur. Sözsüz ki, içi mən qarışıq, hamımız elə bir məqama çatırıq ki, onun məsləhətinə ehtiyacımız olur. O məsələləri Vaqif müəllimlə müzakirə edərdik və onların həlli bizim üçün su içimi qədər asan başa gələrdi... İndi həmin problem üzərində günlərlə düşünməli oluruq. Bizi düzgün istiqamətə yönəldən, yanlışlardan sapındıran ustadımızı itirdik. Vaqif müəllim öz yaradıcılığı, fəaliyyəti ilə sübut edirdi ki, teatr xadimi təkcə tamaşa hazırlayan rejissor deyil, o bütün sahələrdə universal biliyə malik, hər hansı məsələ ilə bağlı konkret fikir söyləməyi bacaran insan olmalıdır. Hər birimiz yaradıcı proses zamanı, müəyyən sənət mübahisələri, müzakirələr vaxtı istər-istəməz Vaqif müəllimi yada salırıq. Təəssüf ki, Vaqif müəllim fəaliyyətinin çiçəklənən vaxtında və çox erkən dünyadan köçdü. Mən tam əminliklə deyə bilərəm ki, Vaqif müəllim də Stanislavski, Brext kimi yüksək səviyyəli ortalığa qoyacaqdı, sadəcə ömür vəfa etmədi. Bu, Vaqif müəllim tərəfindən tərtib edilmiş, cəsarətlə deyə bilərəm ki, dünyada analoqu olmayan üslubdur, teatr poetikasıdır. Bu poetikanın adını Vaqif müəllim vaxtilə “Psixosof” poetikası qoymuşdu. “Psixosof” poetikası Stanislavski sistemindən köklü surətdə fərqlənir. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, “Yuğ” yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir.

-Vaqif müəllimdən sonra hələ də baş rejissorunuz yoxdur….

- Baş rejissor həm vəzifə, həm də konkret istiqamətləndirici qüvvədir. “Yuğ” teatrına istiqamət artıq verilib. Vaqif müəllim baş rejissor kimi prinsipini, təşkilati strukturu elə qurmuşdu ki, istənilən halda - onunla, ya onsuz - teatrın işləri sahmanında gedə bilsin. Əsl qurucu, təşkilatçı, rəhbər o insandır ki, yaratdığı struktur, sistem onun birbaşa nəzarəti olmadan da işləyə bilsin. Vaqif müəllim hər şeyi hərtərəfli düşünmüşdü. Bunun nəticəsidir ki, bu gün - Vaqif İbrahimoğlunun yoxluğundaYuğ” yaradıcı təsisat kimi öz işini tam gücü ilə davam etdirə bilir. Vaqif müəllim tərəfindən əsası qoyulan istiqamət üzrə görüləsi işlər çoxdur. Bir çox eksperimentlər keçirilməli, sınaqlar olmalıdır ki, müəyyən yaradıcı işləri dəqiqləşdirək. Bu missiya indi bizim üzərimizdədir. Ümid edirəm ki, bunu bacaracağıq. Onu da bildirim ki, bu zaman kəsiyində “Yuğ” teatrı çox əhəmiyyətli uğurlar qazandı. Vaqif müəllimin tələbələri hazırda çox yaxşı yerlərdə işləyirlər. Mən hələ son nəsil tələbələrinin adını çəkirəm: Gümrah Ömər Gəncə Teatrının baş rejissoru, Tural Vaqifoğlu Lənkəran Teatrının baş rejissoru, Günay Səttar Mingəçevir Teatrının baş rejissorudur. Mikayıl Mikayılov Akademik Dram Teatrında yeni tamaşa qoyub. Bir sözlə, siyahı çox uzundur.

-Hazırda onların “Yuğla əlaqəsi varmı?     

- Maddi problemə görə teatrdan gedən aktyorlar da var. Serialların çəkilişi bir tərəfdən yaxşıdır, bir tərəfdən digər sənət sahələrindəki işlərə əngəl törədir. Hər hansı səbəbdənYuğteatrından gedənlərin hamısı ruhənYuğ”a bağlıdırlar. Tamaşaya gəlirlər, bizimlə görüşürlər. Əsas insani münasibətlərdir.

- Bəs gənc rejissorlar, aktyorlarla işbirliyiniz necədir?

- Vaqif müəllim həmişə gənclərə böyük etimad göstərib. Teatrda həmişə gənc sənətçilərə mümkün olduğu qədər şərait yaradılıb. Yuğbu gün öz ənənəsinə sadiq qalır. Təkcə bir məqamı vurğulamaq kifayətdir ki, teatrın bütün rejissorları gənclərdir. Onlar etimadımızı doğrulda bilirlər. Məsələn, hazırda gənc rejissorlardan Aytən MəmmədovaEşq”, ƏrtoğrulMərc”, Mirsahib Orxan Fikrətoğlunun bir hekayəsi əsasında yeni tamaşa hazırlayır. Ola bilsin, mən özüm tamaşa hazırlayım.

- Sizin həyat yoldaşınız da bu teatrda aktrisadır. Onu hər hansı roldan çəkindirdiyiniz məqamlar olubmu?

- Baxmayaraq ki, inzibati işdə çalışıram, amma ixtisasca rejissoram. Bizim ailədə belə bir qayda-qanun var: bir-birimizin yaradıcılığına müdaxilə etmirik. Məsləhət verə, fikrimi bildirə bilərəm, amma roldan çəkindirmək, xeyr, belə hal olmayıb.

-HazırdaYuğteatrının hansı problemləri var?

- Ciddi problemimiz yoxdur. Yer baxımından indiki məkan bizə tam uyğundur. Aktyorların maaşının azlığı da bizə problem kimi görünmür. Mən indiyə kimi istənilən sahədə aldığı maaşdan razı qalan insana rast gəlməmişəm. Aktyor heç zaman yaşamını teatrdan aldığı maaşla qurmur. Bunun üçün kino, dublyaj, radio, televiziya var.

-Axı bizim aktyorlar həmişə teatrdakı maaşından şikayətlənirlər...

- Şikayətlənmək yox, öz üzərində işləmək lazımdır. Çalışmaq lazımdır. Əgər aktyoru çəkmirlərsə, heç yerə çağırmırlarsa yalnız teatrdan aldığı maaşla kifayətlənməli olursa, bu, daha çox onun şəxsi problemidir. Teatr aktyora, sənətkara ilk növbədə yaradıcı inkişaf üçün imkan açır. Çünki aktyor kinoda, televiziyada mənən tükənir tükəndiyi enerjini teatrdan alır. Ona görə dünya şöhrətli aktyorlar zaman-zaman teatr tamaşalarında oynayırlar.

-Deyirlər, bütün hallardaYuğteatrı tamaşaçı baxımından əziyyət çəkmir. Doğrudur?

- “Yuğ”un həmişə öz tamaşaçı auditoriyası olub indi var. Sevinirik ki, tamaşaçılarımızın yaş həddi get-gedə daha da cavanlaşır. ƏvvəllərYuğ”a yalnız yaşlı nəsil - filosoflar, alimlər, intellektuallar gəlirdisə, indi onlarla yanaşı, tamaşaçıların içində gənclərin sayı da kifayət qədər artıb. Ümumiyyətlə, son zamanlar Azərbaycan əhalisi arasında teatra qayıdış hiss olunur. Şəxsən mən tamaşalarımıza tamaşaçılarıFacebooksosial şəbəkəsi vasitəsilə çağırıram bu təcrübə çox yaxşı nəticə verir.

-Vaxtaşırı xarici ölkələrdə olan bir teatr adamı kimi, sizcə, bizim teatrları dünya sənəti ilə müqayisə etsək, hansı nəticə ilə qarşılaşarıq?

- Fikrimcə, Azərbaycan teatrı dünya teatrlarından o qədər geri qalmır. Sadəcə, elə tamaşalar var, yerli tamaşaçı üçün, elələri var, xarici tamaşaçı üçün nəzərdə tutulmalıdır. Biz Azərbaycan teatrı olduğumuz üçün ilk növbədə, öz tamaşaçımızı düşünürük. Məncə, Azərbaycan teatrını zəif teatr kimi qiymətləndirmək lazım deyil.

 

Nigar Abdullayeva

 

Palitra.-2013.-7 iyun.-S.11.